Avtobuslarda kondisionerlər nə vaxtdan işə salınacaq? – RƏSMİ AÇIQLAMA
    • 25-04-2024, 19:44
    • 296

Avtobuslarda kondisionerlər nə vaxtdan işə salınacaq? – RƏSMİ AÇIQLAMA

Artıq istilər başlayıb və özü ilə birlikdə avtobuslarda kondisioner problemini də gətirib.

Lakin havanın isti keçməsinə baxmayaraq, marşrutlarda sərinləndirmə sistemi işə salınmır.

Maraqlıdır, ictimai nəqliyyatda kondisioner sistemi nə vaxt işə salınacaq?

News24.az bildirir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Bizim.Media-ya bildirrib ki, müntəzəm marşrut xətt avtobuslarında havalandırma, isitmə və sərinləndirmə sistemlərinin olması sərnişinlərin rahatlığı üçündür:

“Nazirlər Kabinetinin 73 saylı qərarı ilə təsdiq olunan tələblərdə də bu məsələ xüsusilə qeyd edilib. Hər bir daşıyıcı şirkət istismarında olan avtobuslarda bu sistemlərinin olması və işlək vəziyyətdə saxlanılması üçün məsuliyyət daşıyır”.

T. Orucov qeyd edib ki, prosedura uyğun olaraq hər il yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir:

“Onlara avtobuslarda sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsinə dair göstərişlər verilir. Həmçinin onlara yay mövsümünün iyunun 15-də başlamasına baxmayaraq sərnişinlərin rahatlığı üçün avtobuslarda temperatur göstəricilərinin tənzimlənməsi barədə də tapşırıqlar verilib”.