Azərbaycan fəal hazırlıq prosesindədir - Dövlət başçısı
    • 26-04-2024, 12:06
    • 130

Azərbaycan fəal hazırlıq prosesindədir - Dövlət başçısı

COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir.

News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib.

Bu qlobal tədbir üçün Azərbaycanın bir ildən az vaxtı olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Biz də əlimizdən gələni edirik ki, yaxşı nəticələr əlimizdə olsun”.