Anar Mədətov oğlunun soyadını dəyişməsindən danışdı:
    • 3-05-2019, 12:08
    • 2 456

Anar Mədətov oğlunun soyadını dəyişməsindən danışdı: "ƏMRƏLİ FƏRARİ SOYADIDIR"

Prodüser Anar Mədətov “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” verilişində qonaq olub.

News24.az
xəbər verir ki, prodüser həyat yoldaşı Elnurə Mədətovanın onun üzərinə xlor atması xəbərini təsdiqləyib: “Həmin informasiyanı anama kimin dediyini bilmirəm. Amma həmin hadisə olub. Sağ qalmışam buna da şükür”.

A.Mədətov oğlu Mahir Mədətovun soyadını dəyişməsinə belə aydınlıq gətirib: “Mahirlə iki gün öncə danışmışam. Onu hazırda Əmrəli etmək istəyirlər. Zaqatalada heç elə soyad tanımırlar. Mən həmin müxbirdən də soruşdum ki, Mahir soyadı ilə bağlı sizə nə isə deyib? Qarabağın oyunu zamanı onu necə təqdim etdilər? Mahir Mədətov 11 nömrə. Elə də olacaq. Əmrəli Zaqatalada fəraridir. Qaçıb ölkədən. Nəyimə lazımdır fərarinin soyadını oğluma ləqəb götürürlər”.