Lalə Məmmədovadan ailəsi dağılan məşhura
    • 1-05-2019, 15:37
    • 2 071

Lalə Məmmədovadan ailəsi dağılan məşhura "Səni sevirəm"

Müğənni  Lalə Məmmədova  Anar Mədətovdan ayrılan həyat yoldaşı eks-prodüser Elnurə Mədətovaya dəstək olub.

News24.az ATV.az-a istinadla  xəbər verir ki, o, Elnurə ilə fotosunu İnstaqramda paylaşaraq bu sözləri yazıb:

“Heç bir qadın gələcəyini bir adamın vicdanına, eşqinə, günün sonunda ağlının qarışmasına buraxmamalıdır. Səni sevirəm, dünyanın ən gözəl qadını, fədakar anası, zəhmətkeş insanı, vəfalı dostu”.

Qeyd edək ki, Elnurə Mədətova və Anar Mədətov qalmaqallı şəkildə ayrılıb. Anar rəsmi boşanma olmamış Samirə adlı xanımla nişanlanıb və evlənməyə hazırlaşır. Cütlüyün oğlu, “Qarabağ”ın tanınmış futbolçusu Mahir Mədətov isə atasının soyadından imtina edib və özünə Əmrəli soyadını götürüb.