Mahir Emreli atasına gözdağı verdi - FOTO
    • 17-05-2019, 14:57
    • 5 856

Mahir Emreli atasına gözdağı verdi - FOTO

Atası Anar Mədətovun başqa qadınla ailə qurmasından qəzəblənib soyadını dəyişen “Qarabağ” futbolçusu Mahir İnstaqramda müzakirələrə səbəb olacaq foto paylaşıb.

News24.az xəbər verir ki, futbolçu dayısı Bəxtiyar Emreli ilə birgə fotosunu paylaşıb və şəklə belə bir şərh yazıb "Sən güləndə həyat gözəldir”.
Xatırladaq ki,  ki, Mahir Emreli bir neçə gün öncə jurnalistlərə açıqlamasında soyadını dəyişdirməsinə aydınlıq gətirmişdi: “Babamın soyadı Emrelidir. O, yarı avar, yarı azərbaycanlıdır. Onun soyadını özümə götürmüşəm. Bu soyad məndən başqa bir də dayım oğlundadır. Növbəti mövsümdən formamda “Mədətov” yox, sadəcə “Mahir” yazılacaq”.