TikTok qadağası Baydenin səslərini azalda bilər
    • 28-04-2024, 10:08
    • 138

TikTok qadağası Baydenin səslərini azalda bilər


Ölkədə TikTok-un qadağasını nəzərdə tutan qanun layihəsini imzalaması ABŞ Prezidenti Co Baydenin seçki kampaniyasında səslərinə mənfi təsir göstərə bilər.

News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə “Bloomberg“ araşdırma dərc edib.

Çinin “ByteDance” şirkətinin səhmlərini satmasından imtina etməsi ilə əlaqədar ABŞ-da belə qanun qəbul edilib. Ancaq Co Baydenin bu qanunu imzalamasının gənc seçicilərin Donald Trampı dəstəkləməsinə səbəb ola biləcəyi proqnozlaşdırılır.