“TikTok” CEO-su: “Əmin olun, biz heç yerə getməyəcəyik“
    • 24-04-2024, 22:40
    • 223

“TikTok” CEO-su: “Əmin olun, biz heç yerə getməyəcəyik“

ABŞ prezidenti Co Bayden dünyaca məşhur sosial media tətbiqi TikTok-un ABŞ-dakı aktivlərini 270 gün ərzində başqa şirkətə satmadığı təqdirdə ölkədə qadağan edəcək qanunu təsdiqləyib.

News24.az xəvər verir ki, Baydenin təsdiqindən sonra TikTok-un baş direktoru Şou Zi Çew açıqlama verib.

Sözügedən qanunun qarşısını almaq üçün açacaqları hüquqi mübarizədə qalib gələcəyini gözlədiklərini ifadə edən Şou, "Əmin olun, heç bir yerə getmirik. Faktlar və Konstitusiya bizim tərəfimizdədir və yenidən qalib gələcəyimizi ümid edirik" dedi. 

Günel Məlikzadə