-
- 12-02-2024, 16:37
- 238
Co Bayden "TikTok"a GƏLDİ
ABŞ prezidenti Co Baydenin “Tik-Tok” sosial platformasında rəsmi hesabı açılıb.
News24.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Nəşrin yazdığına əsasən, sözü gedən hesabdan C. Baydenin seçkiöncəsi təbliğat kampaniyasında istifadə ediləcək.
Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, bir qədər əvvəl ABŞ Konqresi bu sosial platformanın ölkədə qadağan olunması barədə müzakirələr təşkil edib. Buna səbəb kimi Çin hökumətinin ABŞ-nin vətəndaşlarını rahatlıqla izləmək imkanına malik olması göstərilib.
Fərid Azəri