-
- 28-04-2024, 23:20
- 687
Ülviyyə Fətəliyeva liderliyi qoruyub
Bu gün qadın şahmatçılar arasında Avropa çempionatı 9-cu turu keçirilib.
İdman.biz xəbər verir ki, Rodos adasında keçirilən yarışın lideri Ülviyyə Fətəliyeva xal itirib.
Təmsilçimiz rumın İrina Bulmaqa görüşdə heç-heçə oynayıb. Xal itkisinə baxmayaraq, Ülviyyə ən yaxın izləyicisini 1 xal qabaqlayır. Avropa çempionu olmaq üçün son turda Fətəliyeva yarım xal qazanmaq kifayət edəcək.
Ümumilikdə şahmatçılarımız günü 4 qələbə və 4 heç-heçə ilə başa vurublar. Yalnız iki görüşdə rəqiblər qalib gəliblər.
Qeyd edək ki, turnidə 150 şahmatçı qələbə uğrunda yarışır.
Avropa çempionatı, Qadınlar
IX tur, 28 aprel
Ülviyyə Fətəliyeva – İrina Bulmaqa (Rumıniya) - 0,5:0,5
Günay Məmmədzadə – Yuliya Osmak (Ukrayna) - 1:0
Lela Cavaxişvili (Gürcüstan) – Xanım Balacayeva - 0,5:0,5
Gövhər Beydullayeva – Anna Kubiçka (Polşa) - 0,5:0,5
Mitra Hecazipur (Fransa) – Səbina İbrahimova - 0:1
Yelizaveta Qrebenşikova (Ukrayba) – Gülnar Məmmədova - 1:0
Nərmin Abdinova – Nataliya (Jukova) - 0,5:0,5
Ləman Hacıyeva – Marta Dakiç (Serbiya) - 1:0
Yulianna Terbe (Macarıstan) – Səbinə Rzalı - 1:0
Ayan Allahverdiyeva – Mariya-Anna Stefanidi (Yunanıstan) - 1:0
Turnir cədvəli: 1. Ülviyyə Fətəliyeva - 8, 5. Günay Məmmədzadə - 7, 9. Xanım Balacayeva – 6,5, 13. Səbina İbrahimova – 6,5, 17. Gövhər Beydullayeva – 6, 60. Gülnar Məmmədova – 5, 71. Nərmin Abdinova – 5, 74. Ayan Allahverdiyeva – 5, 88. Səbinə Rzalı – 4,5, 119. Ləman Hacıyeva – 4.