Həbsdə olan yazıçı beynəlxalq mükafat qazandı
    • 29-04-2024, 09:07
    • 245

Həbsdə olan yazıçı beynəlxalq mükafat qazandı

Fələstinli məhbus yazıçı Bəsim Hendekçi "Göyün Rəngində Maska" romanı ilə ərəb dünyasının aparıcı ədəbi mükafatı olan "Ərəb Bukeri" kimi tanınan 17-ci Beynəlxalq Ərəb Romanı Mükafatını qazanıb.

News24.az xəbər verir ki, Beynəlxalq Ərəb Romanı Mükafatının saytında yer alan açıqlamada BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilən tədbirdə qalibin elan edildiyi bildirilib.

Açıqlamada Hendekçinin kitabının 133 əsər arasından "2022-ci ilin iyulundan 2023-cü ilin iyununa qədər nəşr olunan ən yaxşı roman" seçildiyi bildirilib.

Bildirilib ki, Hendekçi adına mükafatı romanın nəşr olunduğu “Dar Əl-Ədəb” nəşriyyatının sahibi Rana İdris alıb.

Günel Məlikzadə