Məşhur azərbaycanlı yazıçı vəfat etdi – FOTOLAR
    • 13-04-2023, 10:18
    • 238

Məşhur azərbaycanlı yazıçı vəfat etdi – FOTOLAR

Rusiyanın azərbaycanəsilli yazıçısı Eduard Bağırov 47 yaşında vəfat edib.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Varlamov News” teleqram kanalı yazıçının yaxınlarına istinadən yazıb.

Mənbənin sözlərinə görə, son bir həftədə Bağırov komada idi. Onda orqan çatışmazlığının yarandığı bildirilir.

Qeyd edək ki, yazıçı, kinodramaturq, radioaparıcı E. Bağırov 1975-ci ildə Türkmənistanın Marı şəhərində anadan olub. Onun atası azərbaycanlı, anası isə rusdur. 2007-ci ildə “Qastarbayter” romanı sayəsində məşhurlaşıb. 2008-ci ildə “Sevgililər” romanı, 2010-cu ildə isə “İdealist” romanı işıq üzü görüb.