Sürücülərə bu halda cərimə yazmaq olmaz - AÇIQLAMA
    • 29-04-2024, 13:25
    • 332

Sürücülərə bu halda cərimə yazmaq olmaz - AÇIQLAMA

“Piyadaya yol verən zaman qəza dayanma, dönmə işıqlarından təşəkkür məqsədi ilə istifadə edilməsinə görə heç bir cərimə yazmaq olmaz”.

News24.az Metbuat.az-a istinadla xəbər verir ki, bu fikirləri nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib. O bildirib ki, bu, bəzən əlavə diqqət çəkən üsul kimi görünməklə bərabər normal qarşılanmalıdır:

“Qaydalardan kənara çıxan hər xırda və əhəmiyyətsiz hərəkətə görə cərimə yazılmır və yazıla bilməz. Cərimə yalnız İXM-də göstərilən, özü də təhlükəli olması, yaxud başqalarına mane yaratması aşkar olan qayda pozuntularına görə nəzərdə tutulur və yalnız belə hallarda yazıla bilər”.