-
- 30-04-2024, 08:10
- 878
5,1 bal gücündə zəlzələ
Meksikada 5,1 bal gücündə zəlzələ baş verib.
News24.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri təxminən 537 min insanın yaşadığı Tuxtla Qutierres şəhərindən 64 km cənubda olub. Zəlzələnin ocağı 143 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə heç bir məlumat yoxdu.
Mehriban Mirzəzadə