-
- 3-05-2019, 17:12
- 1 688
Sərxoş, narkoman, həm də avtoxuliqan sürücü DANIŞIR
Dünən Bakıda sərxoş vəziyyətdə, eyni zamanda narkotik vasitələrin təsiri altında idarə edərək avtoxuliqanlıq edən sürücü saxlanılıb. News24.az avtosfer.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin sürücü Babək prospektində saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, sürücü Əhməd Cavad küçəsində yolun əks istiqamətində hərəkət edib. Eyni zamanda Azərbaycan prospektində avtomobilin səsboğucusuna müdaxilə edərək xorultulu səslə gecə vaxtı əhalinin rahatlığı pozub. Polisin dəfələrlə saxla işarəsinə tabe olmayıb. Sonda süni maneə yaradaraq sürücünü saxlamaq mümkün olub.
Araşdırma zamanı o da məlum olub ki, 99 KG 860 dövlət nömrə nişanlı, “Hyundai Sonata” markalı avtomobilin sahibi, Tərtər rayon sakini Abbdullazadə Hasil Əfqan oğlunun narkotik vasitələrin təsiri altında, eyni zamanda sərxoş vəziyyətdə avtomobil idarə edib.
Sürücü barəsində toplanmış materiallar Səbail rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 1 ay müddətinə inzibati qaydada həbs edilib, sürücülük hüququ isə 1 il müdətində məhdudlaşdırılıb.