-
- 30-04-2024, 14:07
- 3 009
Laçında itkin düşən hərbçilərimizdən XƏBƏR VAR
“Vətən müharibəsində, eyni zamanda 2022-ci ildə Laçın rayonunda kəskin hava şəraitində itkin düşmüş iki əsgərimizin axtarışları aidiyyəti dövlət qurumları tərəfindən davam etdirilir”.
News24.az viral.az-a istinadla xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, bu iş sonuncu itkinin taleyinin aydınlaşdırılmasına qədər davam edəcək: “Arzu edirəm ki, bu prosesi bütün itkin yaxınlarının istəyinə uyğun yekunlaşdıraq”.