“Bu ərazilər Ermənistana məxsus deyil” - Tiqranyan
    • 30-04-2024, 19:11
    • 268

“Bu ərazilər Ermənistana məxsus deyil” - Tiqranyan

Ermənistan özünə məxsus olanı yox, özünə məxsus olmayanı təhvil verir.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının deputatı Heriknaz Tiqranyan 4 kəndin Azərbaycana təhvil verilməsini şərh edərkən deyib.

“Bəli, heç bir ərazinin verilməsi prosesi baş vermir, ola da bilməz. Çünki bilirik ki, Ermənistan konstitusiyasına görə, Ermənistanın suveren ərazisində istənilən dəyişiklik yalnız referendum yolu ilə ola bilər. Heç bir orqanın ərazini təhvil vermək hüququ yoxdur. Ermənistan baş verənlərdən nə əldə edəcək? Ermənistanın öz suverenliyini qorumaq üçün beynəlxalq səviyyədə tanınmış dövlət sərhədi olacaq. Biz bizə aid olanı təhvil vermirik, bizə aid olmayanı veririk”, - deputat bildirib.

Tiqranyanın sözlərinə görə, sərhədlərin müəyyənləşdirilməsi prosesi hüquqi sənəd və əsaslandırmaya söykənir.