Vaqif Dərgahlı: Ermənistana xatırladırıq ki, olmayanı məhv etmək MÜMKÜN DEYİL
    • 29-09-2020, 10:19
    • 443

Vaqif Dərgahlı: Ermənistana xatırladırıq ki, olmayanı məhv etmək MÜMKÜN DEYİL

“Hərbi Hava Qüvvələrimizin aviasiya vasitələrinin tərkibində F-16 qırıcıları mövcud deyil”

News24.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

Nazirliyin sözçüsü bildirib ki, Ermənistan tərəfinin guya Hərbi Hava Qüvvələrimizə məxsus F-16 qırıcısının vurulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır.

Qeyd olunub ki, Hərbi Hava Qüvvələrimizin arsenalında F-16 tipli qırıcı təyyarələr mövcud deyil. Bu səbəbdən erməni tərəfinə xatırladırıq ki, olmayanı məhv etmək mümkün deyil.