Ramil Usubovdan yeni təyinat
    • 3-05-2019, 18:43
    • 1 215

Ramil Usubovdan yeni təyinat

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub. News24.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.

Əmrə əsasən, Əli Şərif oğlu Əsədullayev Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölmənin rəis müavini təyin edilib. 

Qeyd edək ki, o, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi Şərif Əsədullayevin oğlu, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin bacısı oğludur.