Ramil Usubovdan - YENİ TƏYİNAT
    • 11-06-2019, 16:51
    • 1 604

Ramil Usubovdan - YENİ TƏYİNAT

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub. 

News24.az oxu.az-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə görə, polis polkovniki Elfan Əliyev DİN-in Maliyyə-plan İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb. 

O, bundan əvvəl idarədə şöbə rəisi vəzifəsində çalışıb. 

Qeyd edək ki, bir müddət əvvəl Ramil Usubovun əmrinə əsasən, DİN-in Maliyyə-plan İdarəsinin rəisi, polis polkovniki Səxavəddin Abdullayev təqaüdə göndərilib və onun yerinə polis polkovnik-leytenantı Ramil Baloğlanov təyinat alıb.