Tarkanın həyat yoldaşı onun haqqında bu sözləri dedi
    • 30-04-2024, 15:36
    • 395

Tarkanın həyat yoldaşı onun haqqında bu sözləri dedi

2016-cı ildə məşhur sənətçi Tarkan Tevetoğlu ilə ailə quran Pınar Tevetoğlu 2018-ci ildə ana olub.

News24.az xəbər verir ki, qızlarına Liya adını qoyan və şəxsi həyatlarını ictimaiyyətdən uzaq tutmağa diqqət yetirən cütlükdən Pınar Tevetoğlu jurnalistlərlə söhbət edib.

Albom müjdəsi verən Pınar Tevetoğlu, "Çox gözəl albomdur, tezliklə çıxacaq" deyib.

"İndi Liya böyüyüb, 6 yaşı var. Atası ilə əla münasibəti var. Super atadır, çox qayğıkeşdir" deyən Tevetoğlu, "Həyat yoldaşınız qızı olduğu üçün özünü xoşbəxt hiss edirmi?" sualına “Məncə, özünü şanslı hiss edir” cavabını verib.

"Liya səni, yoxsa atasını daha çox sevir?" sualını cavablandıran Pınar Tevetoğlu “Atasını” deyib.

Günel Məlikzadə