-
- 30-04-2024, 22:20
- 323
Otağından 60 mindən çox arı çıxdı
ABŞ-ın Şimali Karolina ştatının Şarlotta şəhərindəki fermada yaşayan 3 yaşlı Seylor Klass otağında canavar gördüyü üçün valideynlərinə şikayət edib.
News24.az xəbər verir ki, Klassın valideynləri əvvəlcə kiçik qızlarının şikayətini xəyali olaraq adlandırıblar.
Ana Massis Klass, qızının şikayətlərini çox da ciddiyə almadıqlarını ifadə edərək, "Mən hətta qızıma bir şüşə su verdim və canavarı görəndə bu suyu sıxmasını istədim" deyib.
Lakin sonrakı aylarda Saylor Klassın otağında baş verən hadisə ilə bağlı şikayətləri daha da artıb.
Massis Klass çardaqda və baca yaxınlığında arıların olduğunu görəndən sonra 3 yaşlı qızının şikayətlərini nəzərə almağa başlayıb.
On minlərlə arı
Ailənin evə çağırdığı arıçı kiçik qızın yataq otağının tavanında arıların uçduğunu görüb.
Arıçı özü ilə gətirdiyi termal kamera ilə kiçik qızın otağının divarını skan edib və çardaqda on minlərlə arının yuva saldığını aşkar edib.
Çardaqdan 45 kiloqram bal çıxarılıb
Arıların daha əvvəl divarın içinə bu qədər dərin getdiyinin şahidi olmadığını deyən arıçı arıları bayıra buraxmaq üçün çardaqdakı havalandırmanın yanında dəlik açıb.
Arıçı çardaqdan təxminən 55-65 min arı və 45 kiloqram pətək çıxarıb.
Massis Klass arıların evdən çıxan görüntüsünün qorxu filmlərini xatırlatdığını bildirib.
Evdən çıxarılan arılar vakuum aparatının köməyi ilə pətəyə toplanıb.
8 aydan çoxdur çardaqda yuva qurduğu güman edilən arılar evin elektrik naqillərini də zədələyib.
Günel Məlikzadə