"Heç kimdən hədiyyə istəyə bilmərəm"
    • 30-04-2024, 22:50
    • 359

"Heç kimdən hədiyyə istəyə bilmərəm"

YouTube kanalındakı proqramında hər həftə yeni bir məşhur adın aparıcılığını edən Berfu Yenenlerin son qonağı aktrisa Seda Bakan olub.

News24.az xəbər verir ki, məşhurlar kimi yaşamadığını, Gebzedə böyüdüyünü, məhəllə uşağı olduğunu deyən Seda Bakan "baby shower"la bağlı açıqlamaları ilə gündəm olub.

“Mən adət-ənənəni çox sevən insanam” deyən Seda Bakan ailəsindən qidalandığını bildirib.

2-ci övladı üçün "baby shower" yerinə mövlud verməsindən danışan ikilidən Seda Bakan, “Balım, "baby shower" falan heç mənlik deyil.  Hər kəsdən hədiyyə gözləmək nədir? Ayıb deyil?" dedi.

"Bu, bizim mədəniyyətimizə ziddir" deyən məşhur aktyor, "Heç kimə deyə bilmərəm ki, mənə hədiyyə gətir. Onsuz da gələn əliboş gəlmir".

Berfu Yenenler isə "Mən o mədəniyyəti dərhal qəbul edirəm! Bu çox bahalıdır! Amma insanların da əli dolu gəlməsi lazımdır. Çünki, "baby shower"lar çox bahadır" deyə cavab verib.

Bunun üzərinə Seda Bakan, "10 dostunuz gəlsə, yalnız bir uşaq arabası ala bilərlər. Məncə, o hədiyyə siyahısını hazırlamağa ehtiyac yoxdur. Məncə, ayıbdır. "Baby shower" etməkdənsə, körpənizə nə varsa, onu alın. Siz insanlara siyahı göndərə bilməzsiniz".

Günel Məlikzadə