-
- 13-03-2019, 18:24
- 1 303
Murat Boz və Seda Bakan azərbaycanlı jurnalistlərlə mətbuat konfransında - FOTO
Hazırda Gənclik Mallda Türkiyənin məşhur müğənnisi Murat Bozun rol aldığı “Öldür beni, sevgilim” filminin təqdimati ilə bağlı mətbuat konfransı keçirilir.
News24.Az xəbər verir ki, görüşdə Murad Boz və filmdə tərəf müqabili olan aktrisa Seda Bakan jurnalistlərin suallarını cavablanıdırb.
Murad Boz çox uzun çəkiliş prosesinin sonunda yaxşı film alındığını bildirib:
“İnanırıq ki, filmə baxdiğınız zaman çox əylənib güləcəksiz. Çünki evlilikdə münasibətlərdən bəhs edən komediya filmi çəkmişik. Çəkilişlər də çox əyləncəli keçib. Ən əsası, filmin senaristi ilə çox gözəl iş birliyimiz oldu. Biz belə film ortaya qoyduğumuz üçün çox sevinirik. Sizin də bu gün ilk dəfə filmi izləməyiniz bizi şad edir. Azərbaycanda olmaq bizim üçün ayrı sevincdir. Bakıda verdiyim konsertlər çox gözəl keçir. Film təqdimatımızın da yaxşı keçəciyinə ümid edirəm”.
İlk dəfə ölkəmizə gələn Seda Bakan öz növbəsində Bakını çox sevdiyini qeyd edib:
“Bakını çox sevdim. Ən çox da qədimilik və müasirliyin ahənginə heyran oldum. Bu baxımdan, biz sizdən nümunə götürməliyik. Qardaş ölkələr olduğumuz üçün özümü Türkiyədən uzaqlaşmış kimi hiss etmirəm. İnsanlarınız da çox istiqanlıdır. Ölkələrimiz arasında heç bir fərq yoxdur. Sadəcə burda filmimiz 2 həftə sonra nümayiş olunacaq”.
Murat Boz Azərbaycandan filmlə bağlı təklif alsa da qəbul etmədiyini bildirib:
“Səbəb qonarar deyil. Mənim pula ehtiyacım yoxdur. Əsas lahiyə və ssenaridir”.
Teymur MƏMMƏDOV