Hamilə olan aktrisanın uşağının cinsiyyəti bəlli oldu
    • 15-04-2019, 11:15
    • 1 117

Hamilə olan aktrisanın uşağının cinsiyyəti bəlli oldu

Hamilə olan türk aktrisası Seda Bakan doğulacaq övladının cinsiyyətinin bəlli olduğunu açıqlayıb.

News24.az
Türkiyə KİV-inə istinadən xəbər verir ki, 5 aylıq hamilə olan aktrisa qızının olacağını bildirib. Hamiləlik dövrünü kaprizlə keçirmədiyini önə çəkən Bakan qızına ad seçmək üçün əri ilə bir neçə adın üzərində götür-qoy etdiklərini deyib.

Xatırladaq ki, aktrisa Seda Bakan 2014-cü ilin yanvar ayında musiqiçi Ali Erel ilə ailə qurub.