-
- 1-05-2024, 10:45
- 258
Kriptovalyutanın ən güclüsü həbs edildi
Bir vaxtlar kriptovalyuta sənayesinin ən güclü adamı sayılan və “CZ” kimi tanınan Zhao “çirkli pulların yuyulmasına qarşı lazımi müdafiəni təmin etmədiyi” üçün 4 ay həbs cəzasına məhkum edilib.
News24.az xəbər verir ki, Seattle Federal Məhkəməsində baxılan cinayət işində prokurorlar çəkindirici olaraq Zhaoya 3 il həbs cəzası, müdafiə vəkilləri isə 5 ay nəzarət altında azadlığa buraxılmasını istəyib.
Qeyd edək ki. Zhaonun vəkilləri keçmiş baş direktorun səhvini etiraf etdiyini, ABŞ-a könüllü gəldiyini, əvvəllər heç bir qanunu pozmadığını və əməkdaşlıq etdiyini iddia ediblər.
Günel Məlikzadə