Dilan-Engin Polat cütlüyü SƏRBƏST BURAXILDI?
    • 19-04-2024, 13:08
    • 135

Dilan-Engin Polat cütlüyü SƏRBƏST BURAXILDI?

Çirkli pulların yuyulması və vergidən yayınma cinayətlərinə görə saxlanılan Dilan Polat və Engin Polatın istintaqı ilə bağlı yeni bir hadisə baş verib.

News24.az xəbər verir ki, prokuror vergidən yayınma ittihamı ilə həbs edilən Dilan Polat, Engin Polat və digər şəxslərin azadlığa buraxılmasını istəyib.

Anadolu 6-cı Sülh Cəza Hakimliyi vergidən yayındıqları üçün bütün şübhəlilərin azadlığa buraxılmasına, təşkilat yaratmaq və çirkli pulların yuyulması ittihamı ilə isə həbslərinin davam etdirilməsinə qərara verib.

Dilan və Engin Polat bu qərarla həbsxanada qalmağa davam edəcəklər.

Günel Məlikzadə