İki əzəli rəqib arasında futbolçu mübadiləsi
    • 1-05-2024, 14:21
    • 232

İki əzəli rəqib arasında futbolçu mübadiləsi

"Barselona" bu mövsüm icarəyə götürdüyü Joao Feliksi transfer etmək istəyir.

News24.az metbuat.az-a istinadla xəbər verir ki, “Barselona” bu transfer üçün mübadilə də təklif edə bilər. Feliksi transfer etmək istəyən "Barselona" "Atletiko Madrid" sürpriz təklif edib. “Sport”da yer alan xəbərə görə, "Barselona" "Brighton"a icarəyə göndərdiyi Ansu Fatiyi "Atletiko Madrid"ə təklif edib. "Atletiko Madrid" bu təklifi qəbul etməyib.

Bildirilir ki, "Atletiko Madrid" Feliks üçün "Barselona"dan Ferran Torresi istəyir. Lakin Torresin "Barselona"dan ayrılmaq fikrində olmadığı bildirilib.