“Atletiko Madrid”in baş məşqçisi türk müdafiəçini təriflədi
    • 31-07-2023, 16:39
    • 309

“Atletiko Madrid”in baş məşqçisi türk müdafiəçini təriflədi

Yeni mövsümdən əvvəl “Lester Siti”dən ayrılaraq “Atletiko Madrid”ə keçən Çağlar Söyüncü yeni komandası ilə ilk dəfə “Mançester Siti” ilə qarşılaşıb.

News24.az xəbər verir ki, “Atletiko Madrid” mübarizədən 2-1 üstünlük ilə ayrılıb.

“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone 90 dəqiqə meydanda qalan Çağların çıxışını bəyəndiyini bildirib. Çağların sürətli və güclü müdafiəçi olduğuna diqqət çəkən argentinalı çalışdırıcı yeni mövsümdə komandada böyük rəqabət olacağını vurğulayıb.