-
- 1-05-2024, 15:08
- 266
Özgür Özəl və İmamoğlu Saraçhanedən ayrıldılar
CHP sədri Özgür Özəl və İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu açıqlama verərək 1 May Əmək və Həmrəylik Günü münasibətilə Saraçhanedən yola düşüblər.
News24.az NTV-yə istinadən xəbər verir ki, CHP sədri Özgür Özəl və İBB sədri Əkrəm İmamoğlu saat 10.00-da həmkarlar ittifaqı ilə Saraçhaneyə gəlib. Onların Bozdoğan Su Kemerinə doğru getməsi gözlənilsə də, təxminən bir saat Saraçhanedə olan Özəl ərazini tərk edib. Yürüşdən əvvəl Saraçhanedə açıqlama verən Özəl daxili işlər naziri Ali Yerlikaya ilə görüşlərini xatırladıb və Taksimə icazə verilmədiyini bildirib.
Özəl, "Konstitusiya Məhkəməsinin qərarına baxmayaraq qanunsuz əmr verənləri cinayət törətməməyə dəvət edirik. Həmkarlar ittifaqlarına dediklərinə, etdiklərinə görə davranılacaq. Amma Saraçhanedəki bu toplantı və bu iradənin özü çox əhəmiyyətli bir qazancdır. Taksim azad olunana qədər bu mübarizə davam edəcək. 2012-ci və 2013-cü illərdə Taksimi açaraq öyünənlər, hazırda Türkiyəyə utanc yaşadırlar. Demokratik ölkələrdə müzakirələr burada bitir. Meydan işçinindir. Taksim bu gün azad edilməsə, bu sabah olacaq" deyib.
Ekrem İmamoğlu isə "Son 5 ildə Saraçhane haqq axtarış nöqtəsinə çevrilib. Saraçhanedə haqq axtarışları uğurla nəticələnib, xalq istədiklərinə nail olub. Nəhayət, Taksimdə görüşə çevriləcək. Bu gün olmasa da, gələn il" ifadələrini işlədib.
Günel Məlikzadə