-
- 9-02-2022, 16:19
- 683
Azərbaycanda “qara kif” xəstəliyi yayılıb? – Nazirlikdən AÇIQLAMA
Redaksiyamıza daxil olan məlumata görə, Azərbaycanda “qara kif” xəstəliyindən 4 nəfər həyatını itirib.
Məlumatı dəqiqləşdirmək üçün Səhiyyə Nazirliyinin Mətbuat xidməti ilə əlaqə saxladıq.
Nazirliyin Mətbuat xidməti News24.az-a açıqlamasında məlumatı təkzib edib: “Ölkəmizdə bu xəstəliyə yoluxma halı qeydə alınmayıb”.
Qeyd edək ki, bu xəstəliyə ilk dəfə Hindistanda rast gəlinib. Tibb dünyasında "mukormikoz" olaraq bilinən, nadir rastlanılan göbələk xəstəliyidir. Xalq arasında "qara kif", "qara göbələk" xəstəliyi də deyilir. Daha çox torpaq, gübrə və bitkilərin çürüyüb toprağa tökülməsi ilə yaranan "qara göbələk" immun sistemi zəif olan, diabet, HIV (AIDS), kimyaterapiya alanlar kimi orqanizmi zəif olanlarda rastlanılır. Bu virus qana qarışaraq bütün orqanizmə, xüsusən beyinə, ağciyərlərə, burun içinə və gözlərə zərər verir. Erkən diaqnozu qoyulmadıqda və müalicə edilmədiyi zaman %50 öldürücü xüsusiyyətə malik olan xəstəlikdir. Baş ağrısı, gözlərdə şişkinlik, üzün təktərəfli şişməsi, burun içi və üzdə qaralıqlar, qusma, qanlı öksürək, yüksək temperatur, nəfəs darlığı, sinə ağrısı, yaddaş bulanıqlığı xəstəliyin əlaməti ola bilər.