Mağazalardan 200-ə yaxın kəsici-deşici alət götürüldü
    • 1-05-2024, 19:44
    • 169

Mağazalardan 200-ə yaxın kəsici-deşici alət götürüldü

Sabunçu rayonunda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər keçirilib.

DİN-in mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının ötən gün Zabrat, Pirşağı və Bakıxanov qəsəbələri ərazisində keçirdikləri tədbirlərlə 9 mağazadan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan ümumilikdə 188 kəsici-deşici alət aşkar olunaraq götürülüb.

Maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub, saxlanılan şəxslər barəsində araşdırma aparılır.