Əzələ ağrıları, revmatizm və dəri xəstəliklərinə son qoyan - Möcuzəvi BİTKİ
    • 1-05-2024, 20:22
    • 380

Əzələ ağrıları, revmatizm və dəri xəstəliklərinə son qoyan - Möcuzəvi BİTKİ

Gicitkən tərkibində B, E və K vitaminləri olan bitkidir. Eyni zamanda dəmir, kalium, kalsium, xrom, mis, manqan, alüminium və molibdenlə də zəngindir. Askorbin turşusu, karoten və karotenoidlər mövcuddur. Tərkibindəki C vitamini limon və almadan on dəfə çoxdur.


Gicitkənin müalicəvi xüsusiyyətlərin təqdim edirik:

- Mədə və böyrək xəstəliklərində həlim və ya dəmləmə kimi istifadə edin.

- Yaraların və qanaxmaların müalicəsi üçün əla vasitədir.

- Anemiya və vitamin çatışmazlığı zamanı istifadə edilə bilər.

- Əzələ ağrıları, revmatizm, dəri xəstəliklərinin və podaqranın müalicəsinə kömək edir .

Sadə vitaminli çay reseptini təqdim edirik:


Tərkibi:

Gicitkən yarpaqları, itburnu və kəklikotu.


Hazırlanma qaydası:

Termosa və ya çaydana hər bir komponentdən 1 xörək qaşığı əlavə edin. 2 stəkan qaynar su tökün və 2 saat dəmlənməyə buraxın. Çay hazırdır.