-
- 2-05-2024, 14:15
- 459
"Zibil ev": Evdən 4 maşın zibil çıxdı
Sultanqazidə 2 qardaşın kirayədə qaldığı evdən 4 maşın zibil çıxıb.
News24.az xəbər verir ki, qardaşlar bir müddət əvvəl 5 aydır kirayə pulunu ödəmədiyi üçün ev sahibi tərəfindən məhkəməyə verilib.
Qardaşlar məhkəməyə çağırışa etiraz edərək 1500 TL-lik kirayə haqqını gecikdirmədən ödədiklərini göstərən qəbzləri məhkəməyə təqdim etsələr də, onlar üçün evdən çıxarılma qərarı verilib.
Qərardan sonra ev sahibinin axşam saatlarında polis qruplarının müşayiəti ilə iki qardaşı əşyaları ilə birlikdə çölə çıxardığı iddia edilib.
Getməyə yeri olmayan qardaşların vəziyyətini öyrənən məhəllə muxtarı rayon qubernatorluğu ilə əlaqə saxlayıb. Qardaşları müvəqqəti olaraq Səlahəddin Əyyubi Təcrübə Otelinə yerləşdirib.
Zibil ev üzə çıxıb
Ev sahibi qardaşlar evdən çıxarıldıqdan sonra təmizlik işinin aparılmasını istəyib. Təmizliyə gələn ev sahibi evin mətbəx və hamam da daxil olmaqla tamamilə zibillərlə dolu olduğunu görəndə heyrətə gəlib.
Məlum olub ki, qardaşlar evi zibilxanaya çeviriblər. Evdən 4 maşın zibil boşaldılıb. Bütün otaqların zibil materialları ilə dolduğu görünüb.
Günel Məlikzadə