Azərbaycanda 2 qardaşdan ŞOK CİNAYƏTLƏR
    • 16-05-2019, 16:06
    • 1 631

Azərbaycanda 2 qardaşdan ŞOK CİNAYƏTLƏR

Abşeron rayonunda oğurluq əməlləri ilə məşğul olan 2 qardaş haqqındakı cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

News24.az-ın məlumatına görə, Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.2.1-ci, yəni oğurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə barələrində cinayət işi açılan və Xəlilov Faiq Ağarza oğlu və qardaşı Toğrulun işi Abşeron Rayon Məhkəməsinə göndərilib. İşə hakim Sevinc Quliyevanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, 2 qardaş müxtəlif hadisələr törədib. İş üzrə 4 ev sahibi zərərçəkmiş şəxs qismində tanınıb. İki qardaşlar Baş Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 7-də Digah kəndindəki evlərin birindən oğurluq edəndən sonra ələ keçib.

Onlar Digahdakı evdən 23200 manat pul və 18000 manat dəyərində qızıl əşyalar oğurlayıblar.

Həbs edilən qardaşlar Biləsuvar rayon sakinidir.