-
- 2-05-2024, 16:29
- 310
Noyabrdakı parlament seçkilərinin vaxtı irəli çəkilə bilər - RƏSMİ
Qanunvericiliyə əsasən, bu il noyabrda parlament seçkiləri olmalıdır.
News24.az Lent.az-a istinadla bildirir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında komissiyanın sədri Məzahir Pənahov bildirib.
Onun sözlərinə görə, seçkilərin müddəti önə də çəkilə bilər: “Parlament seçkilərini nəzərə alaraq, seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi ilə bağlı müəyyən işlərə artıq başlanılmalıdır”.