DSMF-nin əhaliyə ödənişləri artırılır
    • Dünən, 22:03
    • 760

DSMF-nin əhaliyə ödənişləri artırılır


2025-ci idə Dövlət Sosial Müdafiə Fondunun əhaliyə ödənişlərinin məbləği 2024-cü ilin göstəricilərinə görə 10,5% çox olacaq.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, əhaliyə ödənişlər üzrə xərclərin tərkibində əsas xərc komponenti olan əmək pensiyalarının ödənilməsi xərcləri cəmi xərclərin tərkibində 97,3% səviyyəsində paya malikdir.

Əhaliyə ödənişlər üzrə xərclərin ikinci komponenti olan məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin artım tempi isə 2025-ci ildə 2024-cü illə müqayisədə 16,8 mln. manat çox nəzərdə tutulub. 

Növbəti ildə Fondun büdcə xərclərinin 2 mənbə üzrə maliyyələşdirilməsi proqnozlaşdırılır.