-
- 3-05-2024, 14:36
- 427
Ata-oğul davası qətllə nəticələndi
Silivridə bir şəxs mübahisə etdiyi atasını öldürüb.
News24.az xəbər verir ki, hadisə ötən gecə Böyükçavuşlu rayonunda baş verib.
Ata Selamet Kanat naməlum səbəbdən 22 yaşlı oğlu Oğuzhan Kanatla evdə mübahisə etməyə başlayıb.
Mübahisə zamanı atasını bıçaqla ağır yaralayan Oğuzhan Kanat özünə də xəsarət yetirib.
Evdən qaçaraq izini itirən və narkotik aludəçisi olduğu iddia edilən şübhəli səhər saatlarında gizləndiyi tövlədə Jandarma qrupları tərəfindən tutulub.
Xəbər üzərinə hadisə yerinə sövq edilən tibb işçiləri ata Selamet Kanatın həyatını itirdiyini təyin edib.
Hadisə ilə bağlı istintaq davam edir.
Günel Məlikzadə