Atasını bıçaqlayan gənc ölü tapıldı
    • 13-04-2024, 08:48
    • 406

Atasını bıçaqlayan gənc ölü tapıldı

Türkiyənin Merkezəfəndi rayonunda mübahisə nəticəsində atasını bıçaqla yaralayan gənc meşəlik ərazidə ölü tapılıb.

News24.az xəbər verir ki, davaya çevrilən mübahisədə oğul atasının çiynindən bıçaqla xəsarət yetirib.

Ata müalicə üçün xəstəxanaya aparılarkən, səhhətinin yaxşı olduğu öyrənilib.

Atası ilə mübahisə etdikdən sonra özünü meşədə asaraq intihar edən E.G.-nin isə bu gün meyiti tapılıb.

İşin istintaqı davam etdirilir.

Günel Məlikzadə