Gecə klubundakı dava qətllə sonlandı
    • 11-04-2024, 10:55
    • 400

Gecə klubundakı dava qətllə sonlandı

İspartadakı gecə klubunda baş verən dava qətllə nəticələnib.

News24.az xəbər verir ki, hadisə gecə saatlarında Gülistan rayonunda yerləşən gecə klubunda baş verib.

Əldə edilən məlumata görə, Qalip K. ilə Mehmet Çuhadar arasında naməlum səbəbdən mübahisə düşüb.

Müzakirə qısa müddətdə davaya çevrildikdən sonra Qalip K. Mehmet Çuhadara atəş açıb.

Xəbər üzərinə hadisə yerinə tibb və polis işçiləri sövq edilib.

Tibb işçilərinin ilk müdaxiləsindən sonra Çuhadarın hadisə yerində öldüyü təyin olundu.

Polis qruplarının təhlükəsizlik tədbirləri gördüyü gecə klubu təhlükəsizlik zolağı ilə bağlanıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Günel Məlikzadə