Qış gözlənilmədən qayıtdı: Güclü qar yağdı
    • 3-05-2024, 19:00
    • 315

Qış gözlənilmədən qayıtdı: Güclü qar yağdı

Rusiyanın bəzi bölgələrinə gözlənilmədən qış qayıdıb. 

News24.az lent.az-a istinadən bildirir ki, qar Çuvaşiya, Perm vilayəti, Sverdlovsk vilayəti və Tatarıstanı əhatə edib. 

Əlverişsiz hava şəraiti ilə əlaqədar Kazan meriyası məktəblərə, uşaq bağçalarına və xəstəxanalara istilik təchizatının qaytarılacağına söz verib. Sinoptiklər vəd edirlər ki, sabah vəziyyət normallaşmağa başlayacaq, mayın 5-də hava 10-12 dərəcə isti olacaq.