Ramzan Kadırov Orxan Camalın qatillərindən intiqam almağa çağırdı
    • 1-08-2018, 17:49
    • 1 133

Ramzan Kadırov Orxan Camalın qatillərindən intiqam almağa çağırdı

Çeçenistan rəhbəri Ramzan Kadırov Afrikada öldürülmüş 3 jurnalistin intiqamını hərbi dövr qaydası ilə almağa çağırıb. 

News24.az-ın məlumatına görə, Ramzan Kadırov ölən jurnalistlərin ailələrinə başsağlığı verərək, onların intiqamının alınmalı olduğunu bəyan edib:
"Onlar cəzalanmalıdırlar. Ən yaxşısı, qatilləri müharibə dövrünün qanunlarına uyğun cəzalandırmaqdır. Çox sərt şəkildə! Həmdə onların əlində bu 3 jurnalistin qanı qurumamış öz cəzalarına çatmalıdıırlar".

Çeçenistan rəhbəri Rusiya XİN tərəfindən qatillərin tapılması yönündə apardığı işin teziklə uğrula başa çatacağına əminliyini bildirib. O, həmçinin bir sıra KİV-lərin qatillərin dini mənsubiyyətini vurğulamasına fikir bildirib: "Onları müsəlmanlar yox, qatillər, cinayətkarlar öldürüblər. Qatillərin dini mənsubiyyəti olmur".

İlhamə