-
- 4-05-2024, 15:35
- 466
“Qlobal ticarət və təchizat zəncirləri həssasdırlar”
Tbilisidə Asiya İnkişaf Bankının (ADB) “Gələcəyə körpü“ şüarı altında keçirilən Rəhbərlər Şurasının sessiyası gələcəyə körpü qurmaq üçün birlikdə necə işləyə biləcəyimizi düşünməyi təklif edir.
News24.az "Report"a istinadən xəbər verir ki, bunu ADB prezidenti Masatsuqu Asakava sessiyanın açılışında çıxış edərkən bildirib.
“Qida sistemləri həssasdır, 2023-cü il ən isti il idi. Bunlar, bir çox sahələrdə - ərzaqdan infrastruktura qədər və digər sahələrdə böyük təhlükədir. Gələcək bizim bu çağırışlara necə cavab verə biləcəyimizdən asılıdır”, - o bildirib.
ADB prezidenti vurğulayıb ki, qlobal ticarət və təchizat zəncirləri həssasdır: “Sərbəst ticarət və kapitalın sərbəst hərəkəti irəliyə doğru yoldur. 2023-cü il tarixin ən isti ili olub. Biz bunun insanlara təsirini və gələcək inkişaf üçün risklərini görürük. Bitkilər və qida sistemləri getdikcə daha həssas olur. Buzlaqların əriməsi çayların aşağı axınında böyük dağıntılara səbəb olur”.
M.Asakava müasir problemlərin həllində süni intellektin rolunu da qeyd edib.
ADB prezidenti bildirib ki, bank rəqəmsal bərabərsizliyin aradan qaldırılması və süni intellektin gücündən istifadənin daha firavan gələcəyin açarı olduğuna inanır.