Türkiyə ilə Yunanıstan arasında yeni körpü tikiləcək
    • 30-09-2023, 17:03
    • 162

Türkiyə ilə Yunanıstan arasında yeni körpü tikiləcək

2024-cü ilə Türkiyə ilə Yunanıstan arasında yeni körpünün tikintisinə başlanılacaq.

New24.az xəbər verir ki, bu barədə Yunanıstan xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Kostas Franqoyannis deyib.

O bildirib ki, bu, tərəflər arasında ikinci körpü olacaq və nəqliyyatın hərəkəti üçün istifadə ediləcək: “Bu körpü nəqliyyat və ticarət sektorlarında işimizi asanlaşdıracaq”.

K.Franqoyannis bildirib ki, iki ölkə arasında münasibətlər 29 müxtəlif sahədə inkişaf edir.

Nazir müavininin sözlərinə görə, müxtəlif sahələrdə, o cümlədən turizmdə ikitərəfli əlaqələrin inkişafı üçün qarşılıqlı addımlar atılır: “İqlim böhranı və qanunsuz miqrasiya sahəsində də əməkdaşlığa ehtiyac var”.

XİN rəsmisi ikitərəfli əlaqələrin gələcəyi ilə bağlı optimist olduğunu bildirib.

Qasım