Rusiya Zelenskini axtarışa verdi – Foto
    • 4-05-2024, 18:35
    • 136

Rusiya Zelenskini axtarışa verdi – Foto

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Prezidenti Volodimir Zelenski axtarışa verib.

News24.az Oxu.az-a istinadən xəbər verir ki, sənəd nazirliyin məlumat bazasında peyda olub.

“Vladimir Aleksandroviç Zelenski, 25.1.1978. Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışdadır”, - deyə Rusiya Daxili İşlər Nazirliyinin paylaşımında bildirilib.

Zelenskinin məhz hansı maddə üzrə axtarışa verildiyi isə göstərilməyib.