Bu ölkənin naziri axtarışa verildi
    • 12-03-2024, 17:00
    • 198

Bu ölkənin naziri axtarışa verildi

Estoniya Daxili İşlər Nazirliyinin rəhbəri Lauri Lanemets Rusiya Daxili İşlər Nazirliyi tərəfindən cinayət maddəsi ilə axtarışa verilib. 

News24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Lanemets Lauri Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır", - məlumatda qeyd olunub.

Qeyd edək ki, axtarışın hansı maddə əsasında aparıldığı göstərilməyib.

Xatırladaq ki, fevralın 13-də Rusiya Daxili İşlər Nazirliyi Estoniyanın baş naziri Kaja Kallas və Estoniyanın dövlət katibi Taimar Peterkopu cinayət işi üzrə axtarışa verib. Onlar sovet əsgərlərinin abidələrinin dağıdılması və zədələnməsi işlərində də iştirak edirdilər.

2023-cü ilin sentyabrında Rusiya İstintaq Komitəsi qiyabi olaraq 170-dən çox xarici vətəndaşı, o cümlədən Latviya, Litva, Estoniya, Polşa və Ukrayna vətəndaşlarını sovet əsgərlərinin abidələrinin təhqir edilməsi və dağıdılması işlərində müttəhim kimi ittiham edib.

Mehriban Mirzəzadə