Şəkidə iki nəfər odlu silahla qətlə yetirilib
    • 4-05-2024, 18:25
    • 126

Şəkidə iki nəfər odlu silahla qətlə yetirilib

Şəkidə iki nəfər odlu silahla qətlə yetirilib.

News24.az APA-ya istinadən xəbər verir ki, mayın 4-də saat 16 radələrində Şəki rayonu Baş Şabalıd kəndində 1966-cı il təvəllüdlü Sədiyev Azər Sədi oğlu və 1957-ci il təvəllüdlü Məmmədsoy İsrafil Əhmədiyyə oğlunun ov silahı ilə qətlə yetirilmələri barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Namik Məmmədov hadisədən sonra özünə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.