Füzuli sakini qətlə yetirilib
    • 6-01-2024, 00:03
    • 245

Füzuli sakini qətlə yetirilib


Yanvarın 5-də saat 23 radələrində Füzuli rayonu Kürdmahmudlu kəndində 2003-cü il təvəllüdlü Allahverdiyev Azər Cahid oğlunun kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan News24.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkfə şübhəli bilinən şəxsin saxlanması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcəkdir.

***

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvvəlüdlü Bayramlı Nemət Təyyar oğlu saxlanılıb. İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.