Yağış yağacaq
    • 5-05-2024, 09:52
    • 244

Yağış yağacaq


Hazırda Bakıda və Abşeron yarımadasında havanın temperaturu 20 dərəcə istidir, cənub-şərq küləyi əsir, küləyin sürəti 13 m/s-dir.

News24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, saat 11:00-13:00 radələrində bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, ehtimal olunur.

Cənub-şərq küləyinin 15-17 m/s-yə çatacağı, havanın temperaturunun 21-23 dərəcə isti olacağı gözlənilir.