Taleyindən gileylənən müğənni efirdə kövrəldi
    • 5-05-2024, 10:11
    • 336

Taleyindən gileylənən müğənni efirdə kövrəldi


“Durum burda bunu sevim, orda onu… Bunlar mənlik deyil”.

News24.az Yenicag.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva efirdə deyib.

Taleyindən gileylənən sənətçi kövrəlib:

“Sevənlərim çoxdur, amma ailə haqqında düşünmürəm. Təbii ki, yaşamaq üçün kimisə sevməlisən, amma mənim taleyim gətirmədi. İndən belə gətirərsə, kim varsa, gəlsin qabağa. Demirəm, var-dövləti aşıb-daşsın. Amma mənim üçün onun varı-dövləti önəmli deyil. Önəmli odur ki, insan olsun. Təbii ki, hər kəsə qulaq yoldaşı lazımdır. Nə qədər desəm də istəmirəm, sevmirəm amma qulaq yoldaşı mütləq lazımdır”.