Müğənni ailə gizlinlərini ilk dəfə açıqladı
    • 3-04-2024, 18:44
    • 322

Müğənni ailə gizlinlərini ilk dəfə açıqladı

“Anam evdə çəkiliş olunmasına icazə vermir…”

News24.az Yenicag.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Mina aparıcı Zaur Kamalın verilişində onun “Gəlib evində çəkiliş edək” təklifinə cavab olaraq deyib.

Mina bununla bağlı anasının ona qəti qadağa qoyduğunu bildirib:

“Bir dəfə evimizdə çəkiliş olacaqdı, anam qoymadı. Dedi, istəmirəm, evi heç kimə göstərmə. O sənin sənətindir, get, öz sənətinlə kənarda məşğul ol, evdə çəkilişlər etməyinə icazə vermirəm. Anam deyir, məni heç kim tanımasın”.

Sənətçi efirdə ilk dəfə olaraq ailəsi ilə bağlı gizlinləri də bölüşüb:

“Mənim 8 yaşım olana qədər atamla anam bərabər yaşayıb. Sonradan ayrılıblar. Atam hələ də ailə qurmayıb, amma heç bir əlaqəmiz də yoxdur. Əlbəttə hər bir övlad kimi mən də istərdim atamla bərabər yaşayaq, amma şərtlər bunu demir. İki qardaşım var, ailəlidir. Hər ikisi anamla mənə maddi dəstək göstərir”.